Proteksionizm (latıncadan-protectio-himayə) dövlətin daxili bazarı xaricdən əmtəələrin daxil olmasından məqsədli şəkildə müdafiə etməsi siyasətidir.
Bu cür siyasət öz qarşısına milli iqtisadiyyatın inkişafının həvəsləndirilməsi və onun ölkəyə xaricdən gətirilən əmtəələrə yüksək rüsumların qoyulması, yaxud əmtəə idxalının tamamilə qadağan edilməsi vasitəsilə xarici rəqabətdən qorunması məqsədini qoyur.
Hal-hazırda ÜTT (Ümumdünya Ticarət Təşkilatı) rüsumların həddini əmtəə qiymətlərinin 10% həcmi ilə müəyyən etməklə proteksionizmi məhdudlaşdırmışdır.