PSG Kapital şirkəti nizamnamə kapitalını iki dəfə artırıb

“PSG Kapital” nizamnamə kapitalını iki dəfə artırıb. Belə ki, şirkət nizamnamə kapitalının həcmini iki qat artıraraq 2 milyon manata yüksəldib.

BBN.az xəbər verir ki, kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçirilib. Bu addım çərçivəsində nominal qiyməti 1 000 manat olan əlavə 1 000 ədəd səhm buraxılıb. Nəticədə “PSG Kapital” QSC nizamnamə kapitalının həcminə görə, ölkənin investisiya şirkətləri arasında lider mövqeyə çıxıb.

“PSG Kapital” şirkəti ölkənin qiymətli kağızlar bazarının ən aktiv iştirakçısıdır. Şirkət müştərilərinə yerli və xarici qiymətli kağızlar bazarlarında müxtəlif növ əməliyyatlar, eləcə də investisiya portfelinin idarə edilməsi xidmətləri göstərir.

Qeyd edək ki, “PSG Kapital” yerli fiziki və hüquqi şəxslərlə yanaşı, xarici investorlar da xidmət göstərir. Şirkət ölkədə ən çox ticarət olunan SOCAR İstiqrazları üzrə market meykerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır