Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı ilin sonuna olan göstəricilərinə əsasən, Azərbaycanda pul bazasının həcmi 7 milyard 860,5 milyon manat təşkil edib.
Bu noyabr ayının sonu ilə müqayisədə 158,3 milyon manatlıq və ya 2,06%-lik artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 958,7 milyon manat və ya 12,2% artmışdır.