PWM: “Qızıl 12% ucuzlaşa bilər”

“Pictet Wealth Management” investisiya şirkətindən bildirilib ki,  ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) bu il faizləri gözlənilən kimi artırarsa,  qızılın bir unsiyası 1100 dollara qədər enə bilər ki,  bu da 12.3%-lik azalma deməkdir.

BBN.az xəbər verir ki,  bu haqda “Pictet Wealth Management” şirkətinin valyuta bazarları üzrə analitiki Luc Luyet bildirib.

Onun sözlərinə görə, FES-in bu il faizləri artırması və ilin ortalarına doğru dövriyyəsini daraltması dolları daha da möhkəmləndirəcək.  Bunlarla yanaşı, geosiyasi risklərin azalması ilə də qızıl xeyli dəyər itirəcək.

Qeyd edək ki, hazırda qızılın bir unsiyası 1254 dollar ətrafındadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır