Qətərə ixrac missiyası başa çatıb

“Made in Azerbaijan” brendinin təşviqi, qeyri-neft məhsullarnın xarici bazarlarda təbliği məqsədi ilə 12-16 aprel tarixlərində Qətərə təşkil olunmuş ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil edilən ixrac missiyasında qida, tekstil, və tikinti məhsullarının istehsalı, habelə turizm sahəsində  fəaliyyət göstərən 25 Azərbaycan şirkəti iştirak edib.
İxrac missiyasına daxil olan Azərbaycan şirkətləri ilə Qətərdən olan həmkarları arasında məhsulların satışının artırılması istiqamətində danışıqlar aparılıb, razılıqlar əldə olunub. Belə ki, Azərbaycanın “İDEA” şirkəti  Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə ediblər.
Bundan başqa, Azərbaycanın “FARKO”, “Delta Group C.O.”, “APİAZ”, “Brightman BMC” və “Azertexnolayn”  şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər. 
Missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır