Qətər qaz istehsalını artıracaq

Qətər illik maye qaz istehsalının həcmini yaxın 7 il ərzində 30% artırmağı planlaşdırır.

Bunu Qətər Neft şirkətinin meneceri və Qətər Qaz şirkətinin (Qatargas) idarə heyətinin sədri Saad Şeride əl-Kabi bildirib.

Onun sözlərinə görə, artım əsasən ölkənin şimalında həyata keçirilməsi planlaşdırılan layihənin hesabına təmin ediləcək. O, həmçinin qeyd edib ki, artım nəticəsində qaz istehsalı 100 milyon tona çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır