Qabaqcadan qeydiyyat mexanizmi tətbiq olunur

Əmlak Məsələlər Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə qabaqcadan qeydiyyat mexanizmini tətbiq edir.

Qabaqcadan qeydiyyat – əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tiklinin qeydiyyata alınmasıdır. Mexanizmin üstünlüklərindən ən vacibi artıq bir mənzilin bir neçə şəxsə satılmasının qeyri-mümkün olacağıdır.

Qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır