“Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar-müşavirə keçirilib.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə şəhərində keçirdiyi seminar-müşavirədə vurğulanıb ki, Qanunvericilik hamilə va ya 3 yaşına çatmamış uşağının olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanılmasından imtina olunmasını yolverilməz hesab edir və bu kateqoriyaya aid qadınlar üçün həftəlik iş vaxtının müddəti 36 saatdan artıq olmamalıdır.
Yarı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Xidmətin rəsi müavini Anar Quliyev ölkəmizdə əmək münasibətləri sahəsində də qadınların kişilərlə bərabər hüquqlara malik olduqlarını vurğulayıb. O, hazırda keçirilən tədbirin həm işəgötürənlər, həm də qadın işçilər arasında qadınların əmək hüquqları ilə bağlı məlumatlandırma məqsədinə xidmət etdiyini bildirib.
Seminarda, həmçinin, hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi, uşağın yedizdirilməsi üçün fasilələrin verilməsi və s. barədə qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.