“Qala Həyat” ilin ən böyük sığorta ödənişini açıqlayıb

“Qala Həyat” sığorta şirkəti 2016-cı ildə ən böyük ödənişini açıqlayıb. Şirkətdən verilən məlumata görə, ödəniş əmək qabiliyyətinin sığortası üzrə verilib.

Hadisə bu ilin mart ayında baş verib.  Nəticədə sığortalı şəxs əmək qabiliyyətinin 90%-ni müddətsiz olaraq itirib. “Qala Həyat” bunu nəzərə alaraq tərtib edilmiş sığorta aktına əsasən sığorta olunmuş şəxsə 84 072 manat məbləğində sığorta ödənişi edib.

Mənbə: fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır