“Qala Həyat” nizamnamə kapitalını artırır

12 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Qala Həyat” Sığorta Şirkəti ASC-nin hər birinin nominal dəyəri 2860 (iki min səkkiz yüz altmış) manat olan  1000 (min) ədəd adi səhmlərin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.

Səhmlər qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Nəticədə “Qala Həyat” Sığorta Şirkətinin kapitalı 28,6% artaraq 12,87 manata yüksələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır