Vergi yükü istehsaldan istehlaka keçirilir

Vergi qanunvericiliyində edilən və 1 yanvar 2017-ci il tarixində qüvvəyə minən dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onlara göstərilən xidmətlərin səviyyəsinin artırılması ilə yanaşı, vergi yükünün azaldılmasını da nəzərdə tutur.

Bu haqda Vergilər Nazirliyininn Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergilər qəzetində nəşr edilən yazıda bildirib.

Onun sözlərinə görə, bu da təbiidir, çünki ölkəmizdə həyata keçirilən dövlət vergi yükünün optimallaşdırlması və vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsinin təmin edilməsidir. Vergi yükünün optimallaşdırılması məqsədi ilə bir sıra mallar və xidmətlər üzrə vergilərin dərəcəsi tam və ya qismən azaldılıb, bir sıra vergi güzəştləri tətbiq olunub ki, bu da vergi ödəyiciləri üçün əlverişli vergi mühitinin formalaşmasına şərait yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır