SOCAR 2017-ci ilin iyul ayı üzrə qaz hasilatının həcmini açıqlayıb. Açıqlamaya əsasən, iyul ayında 503,3 mln. m3 qaz hasil edilib.
Bu göstərici ötən ayla müqayisədə 14 mln. m3 və ya 2.9 % azdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qaz hasilatı 27.6 mln. m3 və ya 5.2% azalıb.
Qeyd edək ki, SOCAR 2017-ci ilin 7 ayı ərzində 3458.2 mln. m3 qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 234.8 mln. m3 və ya 6.4 % azdır. 3693