“Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. avqustun 4-də saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 mm-lik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Belə ki, təmir müddətində Bakı şəhər Binəqədi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. Aparılan təmir işlərinin Nəsimi rayonunun  bir hissəsinin  qaz təchizatına da təsir göstərməsi mümkündür.

Qeyd edək ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır