Qaz nəqli 7% artıb

Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-avqust aylarında magistral qaz kəmərləri ilə 14536,9 milyon kub-metr qaz nəql edilib.

Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 % çoxdur.

Qaz nəqlinin 32,9 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4779,4 milyon kub-metr qaz ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır