Bugün bəzi ərazilərdə təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bugün bəzi ərazilərdə təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BBN.az xəbər verir ki,  27 aprel 2018-ci il tarixdə saat  10:00-dan  təmir işləri tamamlananadək  Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində, eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələr yeni çəkilmiş diametri 76mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski  küçəsi  72 ünvanında yeraltı diametri 108mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar baş verəcək.

Qeyd edək ki, aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır