İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşüb.
Nazir Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır. Energetika sahəsində də Qazaxıstanla əlaqələrin genişləndirilməsinə önəm verilir. Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.