Bu ərazidə qazın verilişində məhdudiyyətlər olacaq

Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BBN.az xəbər verir ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması  ilə əlaqədar aprelin 4-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.

Qeyd edək ki, görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır