Martın 12-də Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın “Qazprombank”ının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes- seminar keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.
Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Azərbaycan və Rusiya Prezidentləri ötən il 6 dəfə görüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Federasiyasının Prezidenti cənab Vladimr Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəmin göstəricisidir.
Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiz.