Qeydiyyat sahəsində təcrübələr müzakirə olunub

Litva Respublikasının paytaxtı Vilnüs şəhərində “Avropa Kommersiya Qeydiyyatçıları Forumu”nun (ECRF) konfransı keçirilib. Qeydiyyat sahəsində təcrübələr, problemlər və onların həlli yolarının müzakirəsinə həsr olunmuş tədbirə 44 ölkədən nümayəndələr qatılıb.

Konfrans çərçivəsində “Mövcud metodun praktiki tətbiqi”, “Benefisiar sahiblik”. “Qlobal yanaşma”, “Avropanın rəqəmsal gündəliyi – İT idarəçiliyinin yaradılması”, “Saxlayıcıya təsir edən məlumat məsələləri “, “Beynəlxalq qeydiyyat təşkilatlarında inkişaf” mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır