Qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin sayında artım olub

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin ilk yarısında Azərbaycanda iqtisadiyyatın bütün sahələri üzrə yeni yaradılaraq qeydiyyata alınmış hüquqi və fiziki şəxslərin sayında artım olub. Bu ilin yanvar -iyun ayları üzrə qeydiyyatdan keçən hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur və ölkə üzrə qeydə alınmış hüquqi şəxslərin sayı 119 mini keçib.

Qeyd edək ki, Bunlardan 100 376-sı özəl müəssisələrin, 6 598-i xarici, 2 064-ü birgə müəssisələrin, 10 521-i dövlət müəssisələrinin, 1 701-i isə bələdiyyələrin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır