Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Qeyri-həyat sığortası komitəsinin görüşü keçirilib.
BBN.az xəbər verir ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli və digər əməkdaşları, eləcə də, Komitənin sədri Fərid Hidayətov və “AtaSığorta”, “Meqa Sığorta”, “AzSığorta” və “Rəvan Sığorta”-nın nümayəndələrindən ibarət digər üzvlər iştirak edib.
Görüş çərçivəsində komitənin ümumi iş prinsipi müzakirə edilib və ümumi fəaliyyət istiqamətləri müəyyən edilib. Eləcə də komitə üzvləri tərəfindən gündəliyə çıxarılması üzrə bəzi məsələlər səsləndirib və həmin mövzular ətrafında fikir mübadiləsi aparılaraq onların komitənin növbəti görüşlərinin gündəliyinə daxil edilməsi və daha geniş müstəvidə müzakirəyə çıxarılması qərara alınıb.