Dekabrın 20-də Bakı Biznes Mərkəzində “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda tədbir keçirilib.
Sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5% artdığını qeyd edib.
Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50%-i sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.