Qeyri-neft sektorunda məhsul istehsalı 11% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında 35,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib.

BBN.az xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz, neft sektorunda isə 0,7 faiz artıb.

Sənaye məhsulunun 73,1 faizi mədənçıxarma sektorunda, 22,3 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,7 faiz, əmtəəlik qaz hasilatı isə 2,4 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır