2017-ci ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabının -432.2 mln. dollar həcmində kəsri profisitlə əvəz olunub. Belə ki, cari əməliyyatlar hesabı üzrə balansın profisiti 812.4 mln. dollar artaraq 380.2 mln. dollar təşkil edib.
Dövr ərzində neft-qaz sektoru üzrə ümumilikdə cari hesab profisiti 2016-cı ilin I rübü ilə müqayisədə 2.9
dəfə artaraq 1516.3 mln. dollar həcmində olub.
Qeyri- neft sektoru üzrə cari hesab kəsrində isə nisbi artım müşahidə edilib. Dövr ərzində sektor üzrə kəsir 181.4 mln. dollar böyüyərək -1136.1 mln. dollar təşkil edib.
Qeyd edək ki, bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Banklar Assosiasiyasının analitik hesabatı ilə tanış ola bilərsiniz.