“Qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş verib”

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş verib.

Ticari sektor iqtisadi artıma daha çox töhfə verib. Qeyri-neft sektorunun ticari sahələrində iqtisadi artım ümumilikdə 3%, o cümlədən qeyri-neft sənayesində 3.1%, kənd təsərrüfatında 2.8% olub. Qeyri-ticari sektorda iqtisadi artım 2.4%, o cümlədən ticarətdə 2.1%, turizmdə 3.2%, rabitə və informasiya sahəsində 6.2% təşkil edib. Dövlətin investisiya tələbi və qeyri-neft məhsul və xidmət ixracının genişlənməsilə yanaşı istehlakçı inamının tədricən bərpası iqtisadi artıma müsbət təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır