Qeyri-neft sektorunda istehsalın həcmi necə dəyişib?

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında qeyri-neft ÜDM-si 8 566,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 2.4% artıb.

Məlumat üçün bilririk ki, 2016-cı ilin birinci rübündə qeyri-neft ÜDM-si  2015-ci ilin birinci rübünə nisbətən 5.7% azalıb.

Qeyd edək ki, yuxarıdakı cədvəldə qeyri-neft ÜDM göstəricisinin bir əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə faiz nisbəti göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır