Qeyri-neft sektorunda məhsul istehsalı artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

BBN.az Dövlət Statistika Komitəsinə əsasən, sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,1 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz artıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır