2017-ci ilin yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 % az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 % artıb, neft sektorunda isə 7,5 % azalıb.
Sənaye məhsulunun 70,5 %-i mədənçıxarma sektorunda, 23,8 %-i emal sektorunda, 5,0 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.