Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 % təşkil edib

2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43713,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 % az ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 % artıb, neft sektorunda isə 7,6 % azalıb.

Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 62,8 % təşkil edib. Əlavə dəyərin 40,1 %-i sənayedə, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,8 %-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə, 16,2 %-i isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.

Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 4498,0 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır