Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün görülən işlər müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki şəhərində bu şəhərin, həmçinin Qəbələ və Oğuz rayonlarının ayrı-ayrı işəgötürənlərinin iştirakı ilə “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda seminar keçirib.

BBN.az xəbər verir ki, tədbirdə qeyri-rəsmi məşğulluğun işçilərin cari və gələcək sosial təminat hüquqlarının yaranmasına, vergi və sosial sığorta daxilolmalarına maneə yaratdığı qeyd olunub.

Əmək münasibətləri rəsmiləşdirilmədən işləyən şəxslərin təhlükəsiz əmək şəraitində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət etmək və s. kimi hüquqlardan məhrum olduqları diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır