Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adlandırılacaq qurum bu fəaliyyətləri həyata keçirəcək:

  • Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni;
  • sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini;
  • risklərin təhlilini;
  • qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını;
  • xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini;

Qeyd edək ki, Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır