3 Oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101770S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BBN.az xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 31 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 984 602 900, 00 AZN olub
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil edib.
Qeyd edək ki, notların ödəmə tarixi 31.10.2018.