2018-ci ilin əvvəlindən 7858,7 milyon manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
BBN.az xəbər verir ki, Qiymətli kağızlar bazarının ümumi emissiyasının 7,7 faizini səhmlər, 70,0 faizini Mərkəzi Bankın notları, 11,5 faizini dövlət istiqrazları, 10,8 faizini isə korporativ istiqrazlar təşkil edib. Bu dövr ərzində 429,1 milyon manatlıq səhmlər, Mərkəzi Bankın 5541,5 milyon manatlıq notları, 385,9 milyon manatlıq dövlət istiqrazları və 142,8 milyon manatlıq korporativ istiqrazları Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
2018-ci ilin yanvar-iyun aylarında nominal dəyəri 291,0 milyon manat olan korporativ istiqrazlar, 266,0 milyon manat olan səhm və 79,3 milyon manatlıq dövlət istiqrazları tədavüldə olub.