Qiymətli kağız nədir?

Qiymətli Kağızlar  pul, yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir.

Pullu qiymətli kağızlara istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid edirlər. Əmtəə qiymətli kağızlara, onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə faktueraları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul,istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır