Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin birinci yarım ili ərzində qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb. Palatadan bildirilir ki, dövr ərzində ayrı-ayrı bazar seqmentlərində artım müşahidə edilib. Qiymətli kağızların təkrar bazarı 54% artaraq 2.975 milyard manatı ötüb.
Korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4.3 dəfə artıb.
Qeyd edək ki, bu ilin ilk yarısında qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5.230 milyard manat təşkil edib.