2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur. Əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.
2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 8 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb. QK_Hesabat_iyun_2018