Qızıl 6 ayda 1300 dollara çatacaq

İsveçrə Mərkəzi Bankının (UBS) proqnozuna əsasən, qızıl 6 ay ərzində 1300 dollara çatacaq. Bunun səbəbi kimi real faiz dərəcələrinin aşağı düşməsi göstərilib.

Real faiz dərəcəsi nominal faiz dərəcəsi ilə inflyasiya arasındakı fərqi bildirir. Nominal faiz dərəcəsi inflyasiyadan aşağı olduğu halda insanlar əlvan metallara və ya digər investisiya imkanlarına yönəlirlər. Bank inflyasiya artımı gözləntilərinin artmasının qızılın bir unsiyasının 1300 dollara qədər bahalaşacağına səbəb olacağını bildirir.

Qeyd edək ki, qızıl Trampın siyasəti və Avropadakı seçimlər və eləcə də, Brexit prosesinin yaratdığı qeyri-müəyyənliklərin təsirilə 2017-ci ilin əvvəlindən indiyədək 10% artım əldə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır