Türkiyənin qızıl istehsalı 2018-ci ildə öncəki ilə nisbətən artıb.
Bu barədə Enerji və Təbii Qaynaqlar nazirinin müavini öz twitter hesabında məlumat verib. Mithat Cansız sosial şəbəkə paylaşımında qızıl istehsal edən firmaları təbrik edərək deyib ki, 2018-ci ildə qızıl istehsalı 2017-ci ilə nisbətən 20% artıb. Bu isə cari kəsrin 200 milyon dollar azalmasına səbəb olub.
Nazir müavini həmçinin qızıl istehsalının bu il 30 ton, 2020-ci ildə isə 35 ton istehsal səviyyəsinə çatacağını hədəflədiklərini bildirib. 2023-cü ilə qədər isə Cümhuriyyətin 100 illiyi münasibətilə 50-60 ton səviyyəni hədəflədiklərini qeyd edib.