“Qızıl qayda”da hansı variant seçiləcək?

Bildiyimiz kimi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə neftin qiymətindəki dəyişikliyin ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsi üçün Neft Fondunun büdcəyə transfertlərinin həcminin tənzimlənməsində “Qızıl qayda”nın tətbiqi nəzərdə tutulub.

Diqqət edilməsi vacib olan məsələ isə bu qaydanın 4 variantda tətbiq edilməsinin mümkünlüyüdür.

Hər bir variant özlüyündə müsbət və mənfi cəhətlərə malikdir:

“QIZIL QAYDA”NIN 4 VARİANTI

Variantlar Müsbət cəhət Mənfi cəhət
Sabit köçürmə məbləği Sabit qiymət və ixrac həcminə əsaslanacaq ki, bu ölkə iqtisadiyyatına daxil olan xarici valyutanın həcmini və manatın məzənnəsini proqnozlaşdırmağı asanlaşdıracaq. Bu köçürmə davamlı olmamalıdır. Çünki neft-qaz ehtiyatları tükəndikdən sonra sabit köçürülən məbləğ fondun illik faiz gəlirini üstələyə və bununla da fondun ehtiyatlarını sıfıra endirə bilər.
Sabit neft qiymətinə əsasən hesablanan köçürmələr Sabit qiymət, lakin dəyişən ixrac həcminə əsaslanacaq ki, bu zaman neft satışı azalan zaman Fondun vəsaitlərindən əlavə məbləğ ayrılmayacaq. Bu zaman neft ixracının həcmindəki azalma iqtisadiyyata valyuta axınını azaldacaq. Neft ehtiyatları bitdikdən sonra isə yeni “qızıl qayda” tətbiq edilməsi zəruri hala gələcəkdir.
İnvestisiyalardan əldə ediləcək sabit gəlirlər Norveç təcrübəsində olduğu kimi Fondun vəsaitinin idarəsindən əldə edilən gəlirlər hesabına büdcə transfertlərinin təmin edilməsidir. Bu zaman transfertlərin həcmi neftin satış qiyməti və həcmindən deyil, Fondun aktivlərinin idarə edilməsindən asılı olacaq. Uzunmüddətli dövrdə Fondun ehtiyatlarının saxlanması üçün əlverişlidir. Fondun həcmi kiçikdir. Bu səbəbdən ilkin mərhələdə lazımi vəsaitin büdcəyə köçürülməsi təmin edilməyə bilər.
İnvestisiyaların maliyyələşdirilməsi Azərbaycan üçün digər alternativ variant yuxarıda verilmiş variantlardan birinə uyğun “qızıl qayda” mexanizminə mərhələli yanaşmadan ibarətdir. Bu yanaşma onu nəzərdə tutur ki, Azərbaycan iqtisadi inkişafın erkən mərhələsində olduğundan, əsaslı kapital qoyuluşu qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsinə şərait yarada bilər. İnvestisiya imkanlarına və institusional inkişaf potensialına görə, ARDNF-dən transfertin tədricən azaldılması üçün qayda qəbul edə bilər. Fonddan azalan köçürmələrin qeyri-neft investisiya layihələrindən əldə ediləcək gəlirlərin artmasına görə tarazlaşdırılması iqtisadiyyata ümumi təsiri minimuma endirəcəkdir.  

 

Fonddan transfertlərin qeyri-neft investisiya layihələrindən əldə ediləcək əlavə gəlirlər qədər azaldılması büdcə xərclərinin artmasını yavaşlada və qlsamüddətli dövr üçün əvvəlki variantlarda əldə edilə biləcək iqtisadi artımdan daha yavaş inkişafa səbəb ola bilər.

 

 

 

 

 

Göründüyü kimi hər bir variantın öz müsbət və mənfi cəhətləri var.  Lakin sonuncu yanaşma daha dayanıqlı və aşağı risklidir.  Rəsmilərin də son çıxışlarını nəzərə alsaq, Azərbaycan iqtisadiyyatı üçün sonuncu variantın seçiləcəyini demək daha real olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır