Dünya Qızıl Şurası artan siyasi və geosiyasi risklərin, eyni zamanda inflyasiya gözləntilərinin qızıla olan tələbi dəstəkləyəcəyini proqnozlaşdırıb.
Dünya Qızıl Şurasının 2017-ci il üzrə iqtisadi trendlər və onların qızıla təsiri adlı hesabatı açıqlanıb.
Hesabatda Hollandiya, Almaniya və Fransadakı seçkilərin, Brexit prosesinin, Trampın yeni prezident seçilməsinin yaratdığı tərəddüdlərin qızıla olan inamı dəstəkləyəcəyi bildirilib. Siyasi risklərin artmasının, valyuta məzənnələrinin dəyər itirməsinin, Asiya hissələrinin yüksəlməsinin qızıla olan tələbi artıracağı ehtimal olunur.
Qeyd edək ki, yeni islami standartların bütün əzbərləri pozacağı da vurğulanıb.