“Qızılın miqdarında heç bir dəyişiklik baş verməyib”

ARDNF Ümumdünya Qızıl Şurasının (World Gold Council) yaydığı “Azərbaycan fevral ayında bütün qızıl ehtiyatlarını satıb” xəbərinə münasibət bildirib.

Məlumata görə, Fondun investisiya portfelinə daxil olan qızılın miqdarı hal-hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

Neft Fondu, həmçinin, əlavə edib:  “ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır