Qlobal bazarda təbii qaz ixracı 4.8% artıb. British Petroleum-un (BP) hesabatına əsasən 2016-cı ildə qlobal qaz ixracı 1 trilyon 840 milyon kubmetrə çatıb. Belə ki,ötən il ixrac olunan təbii qazın 68 %-i və ya 737 mlrd. 500 milyon kubmetri boru xətləri vasitəsi ilə, 32%-i və ya 346 mlrd. 600 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz kimi ixrac edilib.
Qeyd edək ki, ötən il dünyada boru xətləri vasitəsi ilə təbii qaz ixrac edən ölkələr arasında Rusiya 190 mlrd. 800 milyon kubmetr ilə ilk sırada yer alıb. Boru xətləri vasitəsi ilə ən çox qaz alan ölkə isə 99 mlrd. 300 milyon kubmetr ilə Almaniya olub.