Qlobal borc rekord səviyyəyə yüksəlib

2016-cı ildə qlobal borcluluq səviyyəsi  215 trilion dolları ötərək, tarixi rekord səviyyəyə yüksəlib.

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) “Qlobal Borc Monitoru” adlı hesabatında bildirilib ki, qlobal borcun miqdarı 2016-cı ildə 7.6 trilion dollar artaraq 215.5 trilion dollara yüksəlib.

Hesabatda əsasən, bu rəqəm dünya səviyyəsində istehsal edilən ÜDM-dən 3 dəfə daha çoxdur – 325%.

Qlobal borcun 160 trln. dolları inkişaf etmiş ölkələrin payına düşür.

Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin borcu isə 2016-cı ilin yekununa 56 trln. dollar  təşkil edib. Hesabata əsasən, bu ölkələrin borcu son onillikdə 40 trln. dollar artıb.

Qeyd edək ki, 2016-cı il 1 oktyabr tarixi üçün Azərbaycan Respublikasının xarici dövlət borcu 7,650.7 milyon dollar (12,402.6 milyon manat) , 2017-ci ilin yanvar ayı üçün isə bu göstərici 6,913.2 milyon ABŞ dolları (12,241.3milyon manat) həcmində olub. Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti müvafiq olaraq 2016-cı ildə 20.1% , 2017- ci ildə 20.4% təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır