765 milyard dollarlıq portfeli idarə edən “T. Rowe Price”a görə Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarının ardından qlobal durğunluq riski artıq 50%-in üzərinə çıxıb.
“T. Rowe Price”dan Arif Hüseyn elektron poçt vasitəsilə verdiyi açıqlamada – “Brexit-in yalnız Birləşmiş Krallığa aid bir problem olduğuna inananlar, Brexit-in qlobal mənada göstərəcəyi təsiri yanlış anlayırlar. Onlar Yunanıstanın digər bazarlara göstərdiyi təsiri unudurlar. Nəzərə almaq lazımdır ki, Yunanıstan iqtisadiyyatı Birləşmiş Krallıqdan daha kiçikdir və bu ölkə bir maliyyə mərkəzi deyildi” – ifadələrini istifadə edib.
Arif Hüseyn “Ayrılma istiqamətində qərar qlobal durğunluğa səbəb ola bilər” proqnozunu verib.
İngiltərənin təxminən 40 illik bir müddətdən sonra Avropa İttifaqından ayrılmağa qərar verməsi qlobal bazarlarda zəlzələ effekti yaradıb. Böyük Britaniya valyutası funt-sterlinq 1985-ci ildən bu yana ən aşağı səviyyəyə enib.