İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə qlobal geyim brendlərinin dəyərinə görə sıralamasını əks etdirən “Global Apparel 50” hesabatını dərc edib.
Hesabata istinadən, dünyanın ən bahalı geyim brendi “Nike” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 16% artaraq, 32.4 milyard ABŞ dolları olub.
“ZARA” brendi 6% bahalaşaraq, 18.4 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Adidas” brendinin ümumi dəyəri isə 17% artaraq 16.6 milyard ABŞ dolları olub.
Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “H&M” (15.8 milyard $) və “Cartier” (13.6 milyard $) şirkətlərinə layiq görülüb.
Ötən il ən çox dəyər qazanan geyim brendi yapon markası olan “UNIQLO” (48%) olub.
Sektorun ən güclü brendi isə İsveçrənin “Rolex” (AAA+) markası seçilib.