“Qlobal iqtisadi inkişaf güclü olacaq”

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” qlobal iqtisadi inkişafın yüksək olduğunu, mərkəzi bankların isə inflyasiyadakı artım görünüşünə baxmayaraq əvvələ nisbətən daha az təmkinli duruş gətirə bildiklərini açıqlayıb.

Agentlik tərəfindən açıqlanan hesabatada göstərilir ki, bu il ABŞ, Avrozona və Çində iqtisadi inkişaf ümumi trendin üzərində olacaq, qlobal iqtisadi inkiaf isə 3%-dən daha çox olacaq.

Belə ki, hesabatda ABŞ-da iqtisadi inkişaf 2018-ci il üçün 2.5%-dən 2.7%-ə, 2019-cu il üçün isə 2.2%-dən 2.5%-ə qaldırılıb.

Avrozona üçün isə bu rəqəmlər müvafiq olaraq, 2.2%-dən 2.5%-ə və 1.7%-dən 1.8%-ə qədər çoxalıb.

Keçən il 6.9%-lik inkişaf göstərən Çində isə bu rəqəm bu il 6.5% olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır