Dünya üzrə direktorlar şuralarının əlaqələrini anlamaq üçün Amsterdam Universitetindən olan Eelke Hemskerkin başçılıq etdiyi alimlər qrupu 1976-cı və 2013-cü illərdə 176 iri şirkətin direktorlarının vəzifələrinin birləşdirilməsini öyrəndi. Bunun üçün çəkilən qrafikdə hər bir nöqtə şirkəti, onları birləşdirən xətlər hər iki şirkətdə işləyən direktorları nəzərdə tuturdu.
1976-cı ildə xətlərin əksəriyyəti ilə bir ölkənin şirkətləri (boz xətlər) əlaqələndirilirdi, beynəlxalq şirkətlərin (moruq xətlər) payı cəmi 15% idi. Volkswagen kimi şirkətlərdə, bir qayda olaraq, bir region daxilində eyni vaxtda 4, yaxud 5 direktorlar şurasına daxil olan “çoxvəzifəliləri” aşkar etmək olardı. Belə direktorların 23-ü bütün xətlərin 31%-nə cavabdeh idi. 37 il sonra bu cür rəhbərlərin sayı 37%, beynəlxalq şirkətlərdə isə 25% azaldı. Vəzifəyə qarşı tələblərin və qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar “çoxvəzifəlilərin” sayı 5-ə endi: bütün əlaqələrin 12%-i onların payına düşür. Onlar müxtəlif ölkələrdə işləməyə üstünlük verir və UBS daxil olmaqla 17 şirkətin direktorlar şurasında iştirak edirlər.
1976-cı ildəki iqtisadiyyat daha sıx əlaqələr şəbəkəsinə görə neft böhranına və resessiyalara borcludur: direktorlar şuraları strateji məqsədlərdə sıx birləşməyə çalışırdılar. Bu gün onlar struktur baxımdan az oliqarxik və daha beynəlmiləl olsalar da, bu şirkətlərə 2008-ci ildəki böhran kimi mürəkkəb dövrlərdə razılığa gəlməyə mane olmur.
“Şəbəkə seyrək və az mərkəzləşmiş haldadır. Onun natamam korporativ elitaya çevrilməsi ehtimalı var. Belə rəy mövcuddur ki, məhz dünyanın iri şirkətlərinin 2008-ci ildə nail olduğu razılaşma dünya maliyyə sistemini çöküşdən xilas etdi – ola bilsin, gələcəkdə belə razılaşma əldə edilməyəcək”-deyə, araşdırıcılar qeyd edirlər.