Qorunan əmanətçilərə növbəti dəfə kompensasiya ödənilib

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 23 fevral 2017-ci il tarixinə qədər 726 mln.169 min  manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Kompensasiya ödənişi  həyata keçirilmiş banklar və onlara ödənilən məbləğlər aşağıdakı cədvəldə göstərilib:

 

Sıra

 

Banklar

 10 mart 2017-ci il tarixinə kompensasiya ödənişləri (mln.manat) Ümumi kompensasiya öhdəliyinin faizlə ifadəsi
1 Parabank 43,195 98,4%
2 Zaminbank 54,479 75%
3 Kredobank 27,771 99,5%
4 Dekabank 3,086 98,7%
5 Atrabank 14,280 98,1%
6 Qafqaz İnkişaf Bankı 1,974 94,4%
7 Bank Standard 435,814 99%

Qeyd edək ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Eyni zamanda, ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır