Rəqəmsal marketinq mövzusunda 4 günlük təlim seminar keçiriləcək

17-18 aprel və 22-23 may tarixlərində Bakı şəhərində Rəqəmsal marketinq  mövzusunda dörd günlük təlim seminar keçiriləcək.

BBN.az xəbər verir ki, seminar marketinq anlayışından onlayn bazarda uğurla rəqabətə qədər, marketinqin nə olduğunu və müştərilərə onlayn olaraq necə çatmağın yollarını əhatə edəcək.

Kurs, marketinqin nə olduğunu və praktikada necə işlədiyini, onlayn biliklərin necə alındığını, eləcə də bu bilikləri öz rəqəmsal sahənizdə veb-saytlar, sosial şəbəkələr və elektron poçt vasitəsilə necə tətbiq etməyi öyrədir. Dörd günlük seminar zamanı aşağıdakı mövzulardan danışılacaq:

∙        Hər hansı bir onlayn marketinq fəaliyyətinə əsas kimi marketinq anlayışı

∙        Marketinqin müxtəlif aspektləri və biznesinizin hansı aspektləri veb iştirakınızın faydalana bilər?

∙        Onlayn marketinq konsepsiyası, onun müxtəlif aspektləri və mövcud onlayn marketinq alətləri

∙        Sosial media nədir və sizin biznesiniz üçün faydası nə ola bilər

∙        Müxtəlif biznes növləri üçün ən uyğun sosial media həlləri

∙        Müxtəlif veb-sayt texnologiyalarının variantları, üstünlükləri və çatışmazlıqları

∙        Veb saytınızı necə tanıtmaq olar?

∙        Biznesiniz üçün onlayn marketinq planı və / və ya onlayn marketinq strategiyasını hazırlayın

Kurs, qadın sahibkarlar üçün nəzərdə tutulub. Kurs hər biri 2 gündən ibarət olan iki təlim sessiyasına bölünüb. Bu sizin ilk sessiyada öyrəndiklərinizi sınamaq və ikinci sessiyaya artıq bir nəticə ilə gəlməniz, həmçinin  uzun müddət biznesinizdən uzaqlaşmamanız üçün düşünülüb. Birinci seans ümumi marketin və onun əhəmiyyəti, eləcə də, rəqamsallaşmanı əhatə edirsə, ikinci tamamlayıcı sessiya sosial şəbəkə marketinqi və veb-sayt marketinqi kimi praktiki rəqəmsal marketinqin üsulları üzərində fokuslanacaq.

Qeyd edək ki, təlim, müvəffəqiyyətlə bir şirkətə rəhbərlik etmək, şirkətin böyüməsi üçün lazım olanları bilən və praktiki təcrübələrinə görə seçilmiş İlkin Qarayev və Süleyman Əliyev tərəfindən Azərbaycan və Rus dillərində keçiriləcək. Təlimdə iştirak ödənişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır