Rəqəmsal Ticarət Qovşağı beynəlxalq konfransda təqdim olunub

Bakıda “Asan İmza” mobil elektron imza xidmətinin operatoru “B.EST Solutions” Azərbaycan şirkətinin təşkilatçılığı ilə “SMART Mobile Azerbaijan” adlı konfrans keçirilib.

Rusiya, Ukrayna, Mərakeş, İran, Özbəkistan, Əfqanıstandan da nümayəndələrin iştirak etdiyi müzakirələrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini Azexport portalının rəhbəri Zaur Qardaşov təmsil edib. O “Rəqəmsal Azərbaycan: İnnovativ başlanğıc” adlı məruzə ilə çıxış edərək, Azexport portalı, eləcə də Rəqəmsal Ticarət Qovşağı barədə danışıb. Portal rəhbəri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin imkanları barədə konfrans iştirakçılarına məlumat verib.

Konfransın təşkilatçısı, “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe bildirib ki, rəqəmsal ekspertlərin də böyük marağına səbəb olan müzakirələr gələcəkdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır